Kəlbəcər və Laçın istiqamətlərində mövqelərimiz atəşə tutulub
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb
Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
“Avronews” bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istnadən xəbər verir. Məlumata görə, şəxsi heyət və texnikamızda itki yoxdur. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.