“Fransa Korsikada insanlığa qarşı siyasət yeridir” – DEPUTAT

“Fransa Korsikada insanlığa qarşı siyasət yeridir” –

Səməd Seyidov: “Bu məsələni BMT-də qaldırmaq lazımdır”

“Təəssüflər olsun ki, Azərbaycana dərs keçmək istəyən Fransa özü bu dəyərləri öz daxilində pozur. Fransa bu gün Korsikada tamamilə insanlığa qarşı siyasət aparır. Orada insanlar öz dillərində danışmaq istəyirlər. Buna cavab olaraq Fransa silah gücünə o insanları öldürür, polis vasitəsilə ağlasığmaz işgəncələr verir. Onlar öz siyasi opponentlərini həbsxanalarda öldürtdürürlər”.

“Avronews” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov səsləndirib.

Deputat deyib ki, Fransanın Azərbaycanda separatçı qüvvələri dəstəkləmək haqqı yoxdur: “Bu gün Fransanı Korsikada insan haqlarını qorumağa çağırırıq. Bu məsələni BMT-də də qaldırmaq lazımdır. Çünki Fransa BMT TŞ-də daimi üzvdür. Artıq Azərbaycan fərqli Azərbaycandr. Biz görürdük ki, ikili standartlarla, subyektiv yanaşmalarla Azərbaycana qarşı hansı iddialar irəli sürülürdü. Bu gün isə öz ərazi bütövlüyünü bərpa etmiş, güclü, dünyaya lazım olan Azərbaycan var. Fransa bilməlidir ki, bu qeyri-qanuni addımlara öz səsimizi qaldıracağıq”.