“Fransa ilə Ermənistan bir-birinə bacı deyir” – PREZİDENT
İlham Əliyev: “Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir”
“Bu yaxınlarda yenə də üzv olmadığımız, amma Ermənistanın bilmirəm hansı səbəbə görə üzv olduğu Frankofoniya təşkilatı çərçivəsində də Azərbaycana qarşı çirkin bir təxribat planlaşdırılırdı. Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir”.
“Avronews” xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdəki çıxışı zamanı səsləndirib.
“Onlar bir-birinə bacı deyirlər və onların özü də mən görürəm, yoldaşlar xüsusilə bunu qeyd etdilər. Mən daha demədim ki, qardaş da deyə bilərdilər, amma nədənsə bacı deyirlər bunlar”, - deyə dövlət başçısı bildirib.