Baş nazir: “Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir”

Baş nazir: “Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir”

“Xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrə başlamışıq” – Əli Əsədov

“Azərbaycan elektrik enerjisi ixracatçısı kimi də öz mövqeyini möhkəmləndirməkdədir və ölkə çox böyük yaşıl enerji potensialına malikdir. Bu gün biz xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrə başlamışıq”.

“Avronews” xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin plenar iclasında çıxış edərkən deyib.

“Bunlardan biri – 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası layihəsi Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə həyata keçirilir. “Masdar” şirkəti bu sahədə bizim üçün əsas və güvənilən tərəfdaşlardan biridir”, - deyə o bildirib.

Əsədov Azərbaycanın, eyni zamanda, bir sıra vacib enerji layihələrinin təşəbbüskarı və iştirakçısı qismində çıxış etdiyini, Cənub Qaz Dəhlizi layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.