“Azərbaycan ilə Avropa arasında növbəti enerji körpüsü qurmaqdayıq”

“Azərbaycan ilə Avropa arasında növbəti enerji körpüsü qurmaqdayıq”

İlham Əliyev: “Bu, yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir”

“Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq.

“Avronews” xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.

Əliyev bildirib ki, bu sənəd yaşıl enerji təhlükəsizliyinin yaradılması üçün olduqca mühüm sazişdir: “Biz bu gün Azərbaycan ilə Avropa arasında növbəti bir enerji körpüsünü qurmaqdayıq. Bizim ölkəmiz elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir. Azərbaycanın bərpaolunan enerji sahəsində potensialı böyükdür”.