“Azərbaycanda kəskin dərman qıtlığı yaşanmır” - NAZİR

“Azərbaycanda kəskin dərman qıtlığı yaşanmır” -

Teymur Musayev: “Hazırda ölkədə mövsümi qrip yayılıb”

“Azərbaycanda son vaxtlar mövsümi qrip yayılıb. İki il ərzində pandemiya dövründə yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulub və nəticədə ara-sıra mövsümi qriplər yayılıb. Buna görə də hazırlıq məqsədilə ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəssisələrinə paylanıb”.

“Avronews” xəbər verir ki, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.

O, ölkədə dərman çatışmazlığı yaşanıb-yaşanmadığına da aydınlıq gətirib: “Hazırda Azərbaycanda kəskin dərman qıtlığı yoxdur. Dünyada baş verən müharibələr nəticəsində ənənəvi logistik zəncirlərin qırılması dərman istehsalında xammalın, dərman ləvazimatlarının nisbətən azalmasına gətirib çıxarıb. Buna baxmayaraq, ölkəmizdə dərman qiymətlərinə nəzarət olunur”.