Prezident: “Biz yeni marşrutların qurulması üzərində işləyirik”
“İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir” – Dövlət başçısı
Enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. “Avronews” xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarındakı çıxışında səsləndirib.
“Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. İndi görürük ki, bu, heç vaxt olmadığı qədər vacibdir”, - deyə dövlət başçısı bildirib.
Əliyevin sözlərinə görə, yaxşı haldır ki, hər bir şeyi vaxtında edilir və vaxt itirmədik: “Cənub Qaz dəhlizinin icrasında müəyyən yubanmalar oldu. Lakin bütövlükdə biz çalışdıq ki, onu mümkün qədər tez başa çatdıraq. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq”.