“Azərbaycanın dərdi bizim dərdimizdir” - ÇAVUŞOĞLU
XİN başçısı: “Xocalını unutmadıq, unutmayacağıq”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı “Twitter hesabında paylaşım edib”.
“Avronews” xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycanlı qardaşlarımızın 31 il əvvəl Xocalıda qətl edilməsini lənətləyir, şəhidlərimizi bir daha rəhmətlə yad edirik. Xocalıdakı insanlıq əleyhinə cinayəti unutmadıq, unutmayacağıq. Can Azərbaycanın dərdi bizim dərdimizdir”.