“İranla bütün əlaqələrə son qoyulmalıdır” – Deputat
Fəzail Ağamalı: “Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu buraxılmalıdır”
“Tehrandakı səfirliyimizə hücum, birmənalı demək olar ki, terror aktıdır. Hesab edirəm ki, molla rejimi terrorla bağlı İranda istintaqın ədalətli aparılmasına imkan verməyəcək”.
Bu sözləri isə Milli Məclisin bugünkü plenar iclasında deputat Fəzail deyob.
“Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti silahlı hücumla bağlı cinayət işi açıb. İnanıram ki, DTX-nin araşdırması nəticəsində terror aktına görə İranın molla rejiminin məsuliyyət daşıdığı əksini tapmalıdır”, - deyə o bildirib.
Əlavə edib ki, İranla bütün əlaqələrə son qoyulmalı, bütün layihələr dayandırılmalıdır: “Eyni zamanda, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupu da buraxılmalıdır”.